Previous Next

"Süni intellektin inkişafını tənzimləmək vacibdir" adlı debat layihəsi keçirilmişdir

08.05.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyinin təşkilatçılığı ilə "Süni intellektin inkişafını tənzimləmək vacibdir" adlı debat layihəsi keçirilmişdir. İlk olaraq debat hakimləri Əsmər Məmmədova və Nigar Əliyeva iştirakçılarla debat haqqında fikir mübadiləsi aparmış və layihəyə start vermişdilər. Layihədə "The avengers" və "Səbr" komandaları qarşı qarşıya gəlmişdir. "Səbr" komandası təsdiq formanı, "The avengers" komandası isə inkar formanı müdafiə etmişdir. Sonda "The avengers" komandası qalib gələrək diplom ilə təltif olunmuşdur.

Search