Previous Next

"31 mart soyqırımı: Cənubi Qafqazda etnik-milli münaqişələr, erməni məsələsi və onun tarixi kökləri" adlı tədbir

Azərbaycan Dövlət Pedaqoji UniversitetininTələbə Elmi Cəmiyyətinin və Tarix və Coğrafiya fakültəsinin təşəbbüsü ilə 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə "31 mart soyqırımı: Cənubi Qafqazda etnik-milli münaqişələr, erməni məsələsi və onun tarixi kökləri" adlı tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Boran Əziz, ADPU-nun "Azərbaycan Tarixi" kafedrasının müəllimi t.ü.f.d. Eldar Hacıyev, ADPU Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, t.ü.f.d Taleh Cəfərov və tələbələr iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Giriş nitqi söyləyən Taleh Cəfərov qonaqları və tələbələri salamlayaraq soyqırım tariximizin gənclərə dərindən öyrədilməsinin əhəmiyyətini vurğulamış və düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açmışdır. Sonra söz məruzəçi Boran Əzizə verilib. Tarixçi alim gənc tələbə auditoriyasına 31 mart soyqırımı haqqında arxiv sənədləri, cümhuriyyət qurucularının zamanında yazdıqları materiallar əsasında tutarlı məlumatlar verib. O, 1918-ci ildə baş verən hadisələrin ermənilər və bolşeviklər tərəfindən xüsusi amansızlıqla həyata keçirildiyini qeyd edərək sonrakı illərdə də soyqırımın davam etdirildiyini vurğulayıb.

Tədbirin gedişində soyqırım tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Search