Previous Next

"Dünyada elmin inkişafı: Şərq və Qərb kontekstində (X-XVI əsrlər)" adlı debat müzakirəsi

07.03.2023-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyi, Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı ilə "Dünyada elmin inkişafı: Şərq və Qərb kontekstində (X-XVI əsrlər)" adlı debat müzakirəsi həyata keçirilmişdir. Debat Təhsil Könüllüləri Tələbə Birliyi, Tarix və coğrafiya fakültə rəhbəri İbrahimova Seyranənin nitqi ilə başlamış, iştirakçılara debat haqqında məlumat verilmişdir. Tarix və coğrafiya fakültəsinin əməkdaşları G. Əmilova və L. Allahverdiyeva debat müzaikrəsində iştirak etmiş və tələbələrin mövzuya aid fikirlərini təhlil etmişlər. Polad komandası mövzunun Şərq, Fateh komandası Qərb qanadını müdafiə etmişdir. Öz fikrini əsaslı arqumentlərlə sübut edən Polad komandası qalib gəlmiş və komanda üzvləri Təhsil Könüllüləri, Tarix və coğrafiya fakültə rəhbəri İbrahimova Seyranə tərəfindən diplomla təltif olunmuşdur. Qalib komandanı təbrik edir, hər iki komandaya fəaliyyətlərində uğurlar arzu edir, debat müzakirəsində iştirakları üçün təşəkkür edirik.

 

Search