Previous Next

"Xocalı Dosye" adlı tədbir

23.02.2023 tarixində ADPU-da "Xocalı Dosye" adlı tədbir təşkil edilmişdir. Elmi-seminar Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Seyidovanın təşkilatçılığı ilə magistr və bakalavr qruplarının iştirakı ilə baş tutmuşdur. Tədbirdə "Kimdir Müqəssir?" sualının cavabını tapmaq üçün qrup işi təşkil edilmişdir. Qruplar hər biri ayrı-ayrılıqda bu sualın cavabını tapmaq üçün öz mülahizələrini irəli sürmüşdür.

Tədbirdə Xocalı rayon 2 nömrəli məktəbin müəllimi Əbdülov Səbuhi Nizami oğlu və MATM-in elmi işçisi Musayeva Ləman Xocalı faciəsi ilə bağlı öz xatirələrini tədbir iştirakçılarına danışmışdır. Daha sonra Konfrans – “istintaq” təşkil edildi və "müqəssir kimdir?" sualı ilə bağlı son hökm verilmişdir.

Search