Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

Azərbaycan tarixi kafedrası Tarix və coğrafiya fakültəsinin aparıcı ixtisas kafedrasıdır.Azərbaycan Dövlət Pedaqoji İnstitutu 1930-cu ildə öz inkişafının ikinci mərhələsinə daxil olduqdan sonra, 1931-ci il sentyabrın 29-da rektorluğun iclasında 28 kafedra təsdiq edilmişdir ki, bunların sırasında Azərbaycan tarixi kafedrası da mövcud olmuşdur. O zamanlar kafedraya professor Vəli Xuluflu rəhbərlik etmiş və ilk kafedra müdiri olmuşdur.

1950-ci ildə milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsindərespublikanın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır.Ümummilli lider Heydər ƏliyevAzərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrası bərpa edilmişdir. O  zaman professor  Nəzər Paşayev kafedra müdiri vəzifəsinə (1971-1988) təyin olunmuşdur.1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına professor Süleyman Məmmədov rəhbərlik etmişdir. Süleyman Məmmədovun elmi tədqiqat sahəsi:“ XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial - iqtisadi həyatı ”- namizədlik dissertasiyası mövzusu,“ XV - XVIII əsrin birinci yarısında erməni qaynaqları Azərbaycan haqqında ”- doktorluq dissertasiyası mövzusu olmuşdur.   

Ətraflı

Azərbaycan tarixi kafedrası

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Dosent əvəzi

Baş müəllim

Müəllim

Böyuk laborant

Sayı

1

2

5

1

6

6

2

Hal-hazırda dosent Naibə Əhmədovanın “XIX əsr - XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinin tarixşünaslığı” (tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları – 5509.01 ixtisası üzrə) mövzusunda elmlər doktoru proqramı üzrə dissertasiya işini yekunlaşdırmışdır, müdafiə ərəfəsindədir.

Kafedrada  zaman - zaman  akademik İ. A .Hüseynov, Ə. N. Quliyev, professorlardan  Z. İ. İbrahimov,  Ə. Sumbatzadə, T. Ə.Bünyadov, M. Qazıyev, M. Şərifli, C. İbrahimov, N. A. Paşayev, S.A.Məmmədov, X.S.Köçərli və başqaları yüksək ixtisaslı tarix müəllimlərinin hazırlanmasında yaxından köməklik göstərmişlər. 

Kafedranın professoru Cəfər Cəfərov ADPU-nun rektoru və Dissertasiya Şurasının sədridir. Son illərdə kafedranın müəllimlərindən b/m. Cəfər Xanəliyevin, müəl. Gülşən Xalıqovanın dissertasiya işinin müzakirəsi keçirilmiş, müəl. Sahibə Musayevanın isə dissertasiya işi elmi seminarda müzakirədən keçmişdir. Hal-hazırda kafedrada 1 nəfər (Faiq Nadirsoy) fəlsəfə doktoru proqramı üzrə doktorant vardır. 

Son beş ildə kafedra əməkdaşlarından Vurğun Məmmədov və Mübariz Ağalarlı dosent elmi adını almışlar.  Kafedranın baş müəllimi Samirə Ramazanovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi keçirilmişdir.

Azərbaycan tarixi kafedrasında “Vətən tarixi”, “Tarixşünaslıq,mənbəşünaslıq və tarixi tədqiqat üsulları”,“Azərbaycanın beynəlxalq əlaqələri”, “Milli-azadlıq hərəkatı” istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilir. 

Son beş ildə kafedra  əməkdaşlarının – dos. N.Əhmədova və  b/m. S.Hüseynovanın həmmüəllifliyi  ilə “Azərbaycan tarixi” (2019), dos. İ.Qasımova və b/m. H.Həsənovun «Национально-освободительное движение в Азербайджане в ХХ веке» (2019), dos. E. b/m. H.Həsənovun “Azərbaycan tarixi (XVIII əsrin son rübü – XIX əsrin əvvəllərində)” (2019), dos.Naibə Əhmədovanın “Qafqaz Albaniyası tarixinin oçerkləri” (2023) adlı  dərs vəsaitləri çap olunmuşdur. 

Kafedra üzrə fənn proqramları yenilənmiş, “Azərbaycan tarixi” fənnindən qeyri-tarix ixtisasları üçün proqram (Azərbaycan, rus və ingilis  dillərində), həmçinin “Tarix” və “Tarix və coğrafiya” müəllimliyi ixtisasları üçün “Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər” seçmə fənn proqramı (Azərbaycan və rus dillərində), “Azərbaycanda milli-azadlıq hərəkatı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın mədəniyyət tarixi” fənnindən (Azərbaycan və rus dillərində) proqram nəşr olunmuşdur. 

         №

Fənnin adı

 

Azərbaycan tarixi (qeyri-ixtisaslar)

 

Azərbaycan tarixi-1

 

Azərbaycan tarixi-2

 

Azərbaycan tarixi-3

 

Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

 

Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər

 

Azərbaycanda milli-azadlıq hərəkatı

 

Azərbaycanın tarixi-siyasi coğrafiyası

 

Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər tarixi

 

Son beş ildə kafedra əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Əfqanıstan və başqa ölkələrin universitetləri və elmi - tədqiqat institutları ilə daha sıx əlaqə saxlamış və elmi əməkdaşlıq etmişdir. Kafedra müdiri dos.Naibə Əhmədova 2017- ci il noyabr tarixində Böyük Oktyabr Sosialist inqilabının 100 illik tarixi ilə əlaqədar Rusiya Dövlət Humanitar Universitetində keçirilən « Революция 1917 года и Российское зарубежье » adlı Beynəlxalq Elmi Konfransda məruzə ilə çıxış etmişdir. 2018-ci ilin aprelində dosent Naibə Əhmədova Türkiyə Respublikasının Kars şəhərində keçirilən “ Kafkasya Universiteleri Bilim və Kültür Şöleni ” festivalında iştirak etmiş, 2018-ci ilin oktyabrında Ankara şəhərində keçirilən XVIII Türk Tarix Konqresində “ XIX yüzilin II yarısında İrəvan və Doğu Anadolu bölgəsinin sosial – ekonomik və demoqrafik durumu ( “ Kavkazskiy kalendar ” əsasında ) ” adlı məruzə ilə çıxış etmişdir. 2018 - ci il oktyabr tarixində baş müəllim Namiq Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tiflis şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmişdir.  2019-cu ilin dekabrında Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Dövlət Humanitar Universitetində (РГГУ) keçirilən beynəlxalq - elmi konfransda dosent Naibə Əhmədova və  dosent İradə Qasımova elmi məruzələrlə çıxış etmişlər. Dosent Mübariz Ağalarlı 2021-ci ilin aprelində Herat şəhərində özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirak etmişdir. O cümlədən kafedranın əməkdaşı Sahibə Musayeva 2018-ci il sentyabr və 2019-cu il dekabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Kafedranın professor - müəllim heyəti vaxtaşırı olaraq yerli və xarici mətbuat orqanlarında aktual problemləri işıqlandırmış, xüsusilə 2-ci Qarabağ müharibəsi və müharibədən sonrakı quruculuq işləri ilə bağlı yerli və xarici saytlarda yazılar dərc etdirmişlər.

Kafedrada vaxtaşırı olaraq Elmi Seminarlar keçirilir. Bunlardan: dos. Naibə Əhmədovanın “Abbasqulu ağa Bakıxanov: tarix və tarixşünaslıq elmi ” mövzusunda, həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev dühasının bəhrəsidir ” mövzusunda, həmçinin 2023-cü il Heydər Əliyev ili çərçivəsində silsilə Elmi Seminarlar keçirilmişdir.  Elmi seminarlara  dosent Naibə Əhmədova sədrlik edir. 

2017-ci il oktyabrın 12-14-də də kafedranın təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kastamonu Universiteti (Türkiyə) və Azərbaycan Turizm və Menecment Universtetinin birgə “ Azərbaycan - Türkiyə münasibətləri ” adlı II Beynəlxalq Elmi  Konfrans keçirildi. 

2018-ci ilin mayında ADPU ilə Rusiya Dövlət Humanitar Universitetinin birgə imzaladıqları Çərçivə Anlaşması nəticəsində Tarix və Coğrafiya fakültəsində Yaz məktəbi təşkil olunmuş, Rusiya Dövlət Humanitar Universitetinin 8 tələbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mühazirələr dinləmişlər. Yaz məktəbində kafedranın dosentləri İradə Qasımova və  Elmira Süleymanova və müəllim Nəbi Əsədov rusiyalı tələbələrə Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı maraqlı mühazirələr oxumuşlar. 

 2020-ci il 3 mart tarixindən ADPU-da Covid-19 ( Koronavirus ) pandemiyası ilə əlaqədar tədrisin əyani formatda icra olunması dayandırılmış və təhsilin təşkili prosesində distant və online təhsildən, eləcə də elektron tədris resuslarından istifadə etməklə tədris məsafədən davam etdirilmişdir. Pandemiya ilə əlaqədar məsafədən  tədrisə keçildikdən sonra ardıcılıqla bütün ixtisas və qeyri–ixtisas  fakültələrdə dərs prosesi video formatda davam etdirilmiş, elektron variantda tədris tapşırıqları tələbələrə göndərilmişdir. 

2020-ci il 7 may tarixində Azərbaycan tarixi kafedrasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “ Beyin qazanma proqramı ” çərçivəsində “ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın rolu ” adlı elmi - praktiki videokonfrans keçirilmişdir. 

2023-cü il 16 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ümummilli lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçirilmişdir.

2023-cü il 12 sentyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrası və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” adlı Elmi Seminar keçirilmişdir.

 2024-cü ilin 17-19 yanvar tarixində dos. Naibə Əhmədova Moskvada Rusiya Dövlət Humanitar Universitetində “MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə Beynəlxalq Forumda iştirak etmişdir.

Naibə Əhmədova Əhmədağa qızı
Xəqani Məmməd oğlu Məmmədov
Eldar Əli oğlu Hacıyev
Elmira Süleymanova Kazım qızı
Naibə Əhmədova
Kafedra müdiri
Xəqani Məmmədov
Professor
Zakir Kərimov
Dosent
Elmira Süleymanova
t.ü.f.d

Daha çox

Kafedra

Ünvan

Əlaqənömrəsi

Elektron poçtünvanı

Azərbaycan tarixi

Akad. HəsənƏliyev, 104

(012) 465-03-18 (daxili-104)

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

Azərbaycan tarixi kafedrası Tarix və coğrafiya fakültəsinin aparıcı ixtisas kafedrasıdır.Azərbaycan Dövlət Pedaqoji İnstitutu 1930-cu ildə öz inkişafının ikinci mərhələsinə daxil olduqdan sonra, 1931-ci il sentyabrın 29-da rektorluğun iclasında 28 kafedra təsdiq edilmişdir ki, bunların sırasında Azərbaycan tarixi kafedrası da mövcud olmuşdur. O zamanlar kafedraya professor Vəli Xuluflu rəhbərlik etmiş və ilk kafedra müdiri olmuşdur.

1950-ci ildə milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsindərespublikanın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır.Ümummilli lider Heydər ƏliyevAzərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrası bərpa edilmişdir. O  zaman professor  Nəzər Paşayev kafedra müdiri vəzifəsinə (1971-1988) təyin olunmuşdur.1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına professor Süleyman Məmmədov rəhbərlik etmişdir. Süleyman Məmmədovun elmi tədqiqat sahəsi:“ XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial - iqtisadi həyatı ”- namizədlik dissertasiyası mövzusu,“ XV - XVIII əsrin birinci yarısında erməni qaynaqları Azərbaycan haqqında ”- doktorluq dissertasiyası mövzusu olmuşdur.   

Ətraflı

Azərbaycan tarixi kafedrası

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Müəllim

Böyuk laborant

Sayı

1

2

5

7

3

1

Hal-hazırda dosent Naibə Əhmədovanın “XIX əsr - XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinin tarixşünaslığı” (tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları – 5509.01 ixtisası üzrə) mövzusunda  doktorluq dissertasiyası son tamamlanma mərhələsindədir.   

Kafedrada  zaman-zaman  akademikİ.A.Hüseynov,Ə.N.Quliyev, professorlardanZ.İ.İbrahimov,Ə.Sumbatzadə,T.Ə.Bünyadov,M.Qazıyev,M.Şərifli,C.İbrahimov,N.A.Paşayev,S.A.Məmmədov,X.S.Köçərlivə başqaları yüksək ixtisaslı tarix müəllimlərininhazırlanmasındayaxından köməklik göstərmişlər.

Hal-hazırda kafedranın professoru Cəfər Cəfərov ADPU-nunrektoruvə Dissertasiya Şurasının sədridir. Professor Xəqani Məmmədov “Azərbaycanda maarifçilik və milli hərəkat (1875-1918-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Son beş ildə kafedraəməkdaşlarındanHabil Həsənov (2016) fəlsəfə doktoru proqramı üzrə “XVIII əsrin son rübü-XIX əsrin əvvəllərində Azərbaycan Rusiya-İran münasibətlərində” adlı dissertasiya mövzusunu müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildə kafedranın doktorantı Xalidə İbrahimovanın “SSRİ-nin milli siyasətində Azərbaycan məsələsi (1941-1945)” adlıt.ü.f.d.elmidərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmiş və müdafiəyə təqdimolunmuşdur. Hal-hazırda kafedrada 1 nəfər (Şakir Hüseynov) fəlsəfə doktoru, 1 nəfər (SamirBaxşəliyev)  isə  elmlər doktoru proqramı üzrə doktorant vardır.

Son beş ildə kafedra əməkdaşlarından Elmira Süleymanova, Vurğun Məmmədov və Mübariz Ağalarlı dosent elmi adını almışlar.  

Azərbaycan tarixi kafedrasında  “Vətən tarixi”, “Tarixşünaslıq,mənbəşünaslıqvə tarixi tədqiqatüsulları”,“Azərbaycanınbeynəlxalq əlaqələri”, “Milli-azadlıq hərəkatı” istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.

Son beş ildə kafedra  əməkdaşlarının –dos.N.Əhmədovavə  b/m.S.Hüseynovanınhəmmüəllifliyi  ilə “Azərbaycan tarixi” (2019),dos.İ.Qasımovavə b/m.H.Həsənovun«Национально-освободительноедвижениевАзербайджанев ХХвеке» (2019),dos.E.Süleymanovanın“Azərbaycanın tarixi coğrafiyası” (2016),prof.X.Məmmədovun“Azərbaycan tarixi” (2016),  b/m.H.Həsənovun“Azərbaycan tarixi (XVIII əsrin son rübü – XIX əsrin əvvəllərində)” (2019),S.Baxşəliyevin“Azərbaycanın tarixi coğrafiyası” (2019) adlı  dərs vəsaitləri çapolunmuşdur.

Kafedra üzrə fənn proqramları yenilənmiş, “Azərbaycan tarixi” fənnindənqeyri-ixtisas fakültələri üçün proqram və metodiki vəsait (Azərbaycan və rus dillərində), həmçinin “Tarix” və “Tarix və coğrafiya” müəllimliyi ixtisasları üçün proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın tarixi coğrafiyası” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində),“Azərbaycanın beynəlxalq əlaqələri” seçmə fənn proqramı(Azərbaycan və rus dillərində), “XX əsr Azərbaycanda milli-azadlıq hərəkatı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Qafqaz Albaniyasınınproblemləri” seçməfənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın mədəniyyəttarixi” fənnindən(Azərbaycan dilində) proqram nəşrolunmuşdur.

        

Fənnin adı

XVIII-XIX əsrlərdə Rusiya- Qafqaz münasibətləri

Azərbaycan tarixi-1

Azərbaycan tarixi-2

Azərbaycan tarixi-3

Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər

Azərbaycanda milli-azadlıq hərəkatı

Azərbaycanın tarixi- siyasi coğrafiyası

Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər tarixi

 

Son beş ildə kafedra əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Əfqanıstan və başqa ölkələrin universitetləri və elmi - tədqiqat institutları ilə daha sıx əlaqə saxlamış və elmi əməkdaşlıq etmişdir.Kafedra müdiri dos.Naibə Əhmədova 2017- ci il noyabr tarixində Böyük Oktyabr Sosialist inqilabının 100 illik tarixi ilə əlaqədar Rusiya Dövlət Humanitar Universitetində keçirilən « Революция 1917 года и Российское зарубежье » adlı Beynəlxalq Elmi Konfransda məruzə ilə çıxış etmişdir. 2018-ci ilin aprelində dosent Naibə Əhmədova Türkiyə Respublikasının Kars şəhərində keçirilən “ Kafkasya Universiteleri Bilim və Kültür Şöleni ” festivalında iştirak etmiş, 2018-ci ilin oktyabrında Ankara şəhərində keçirilən XVIII Türk Tarix Konqresində “ XIX yüzilin II yarısında İrəvan və Doğu Anadolu bölgəsinin sosial – ekonomik və demoqrafik durumu ( “ Kavkazskiy kalendar ” əsasında ) ” adlı məruzə ilə çıxış etmişdir. 2018 - ci il oktyabr tarixində baş müəllim Namiq Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tiflis şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmişdir.  2019-cu ilin dekabrında Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Dövlət Humanitar Universitetində (РГГУ) keçirilən beynəlxalq - elmi konfransda dosent Naibə Əhmədova və  dosentİradə Qasımova elmi məruzələrlə çıxış etmişlər. Dosent Mübariz Ağalarlı 2021-ci ilin aprelində Herat şəhərində özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirak etmişdir. O cümlədən kafedranın əməkdaşı Sahibə Musayeva 2018-ci il sentyabr və 2019-cu il dekabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq konfranslardaməruzələrləçıxış etmişdir. Kafedranın professor - müəllim heyəti vaxtaşırı olaraq yerli və xarici mətbuat orqanlarında aktual problemləri işıqlandırmış, xüsusilə 2-ci Qarabağ müharibəsi və müharibədən sonrakı quruculuq işləri ilə bağlı yerli və xarici saytlarda yazılar dərc etdirmişlər.

Kafedrada vaxtaşırı olaraq Elmi Seminarlar keçrilir.Bunlardan: prof. Xaləddin İbrahimlinin “Elmi araşdırmaların strategiyaları” mövzusunda, dos. Naibə Əhmədovanın “ Abbasqulu ağa Bakıxanov: tarix və tarixşünaslıq elmi ” mövzusunda, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar “ Müasir Azərbaycan dövlətçiliyi H.Əliyev dühasının bəhrəsidir ” mövzusunda, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümləri ilə əlaqədar silsilə Elmi Seminarlar keçrilir. Elmi seminarlara  dosent Naibə Əhmədova sədrlik edir.

2017-ci il oktyabrın 12-14-də də kafedranın təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kastamonu Universiteti (Türkiyə) və Azərbaycan Turizm və Menecment Universtetinin birgə“ Azərbaycan - Türkiyə münasibətləri ”adlı II Beynəlxalq Elmi  Konfrans keçrildi.

2018-ci ilin mayında ADPU ilə Rusiya Dövlət Humanitar Universitetinin birgə imzaladıqları Çərçivə Anlaşması nəticəsində Tarix və Coğrafiya fakültəsində Yaz məktəbi təşkil olunmuş, Rusiya Dövlət Humanitar Universitetinin 8 tələbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mühazirələr dinləmişlər.Yaz məktəbində kafedranın dosentləri İradə Qasımova və  Elmira Süleymanova və müəllim Nəbi Əsədov rusiyalı tələbələrə Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı maraqlı mühazirələr oxumuşlar.

 2020-ci il 3 mart tarixindən ADPU-da Covid-19 ( Koronavirus ) pandemiyası ilə əlaqədar tədrisin əyani formatda icra olunması dayandırılmış və təhsilin təşkili prosesində distant və online təhsildən, eləcə də elektron tədris resuslarından istifadə etməklə tədris məsafədən davam etdirilmişdir. Pandemiya ilə əlaqədar məsafədən  tədrisə keçildikdən sonra ardıcılıqla bütün ixtisas və qeyri–ixtisas  fakültələrdə dərs prosesi video formatda davam etdirilmiş, elektron variantda tədris tapşırıqları tələbələrə göndərilmişdir.

2020-ci il 7 may tarixində Azərbaycan tarixi kafedrasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininbirgə təşkilatçılığı ilə “ Beyin qazanma proqramı ” çərçivəsində “ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın rolu ” adlı elmi - praktiki videokonfrans keçirilmişdir.

Naibə Əhmədova Əhmədağa qızı
Xəqani Məmməd oğlu Məmmədov
Eldar Əli oğlu Hacıyev
Elmira Süleymanova Kazım qızı
Naibə Əhmədova
Kafedra müdiri
Xəqani Məmmədov
Professor
Zakir Kərimov
Dosent
Elmira Süleymanova
t.ü.f.d


Daha çox

Kafedra

Ünvan

Əlaqənömrəsi

Elektron poçtünvanı

Azərbaycan tarixi

Akad. HəsənƏliyev, 104

(012) 465-03-18 (daxili-104)

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Search